Ən yuxarı (mobil)-2_30

"Azərbaycan Kredit Bürosu"nun Müşahidə Şurasının yeni tərkibi formalaşdırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan Kredit Bürosu"nun Müşahidə Şurasının yeni tərkibi formalaşdırılıb

 14 may 2018-cil il tarixində Azərbaycan Kredit Bürosu MMC-nin Ümumi Yığıncağın iclası keçirilib. İclasda gündəlikdə duran məsələlərlə yanaşı təşkilati işlərə də baxılıb və yeni tərkibdə Müşahidə Şurası formalaşdırlması haqqında qərar qəbul edilib.

 

Büronun yaydığı məlumata görə, Asəf Hüseynov – Müşahidə Şurasının sədri, Şakir Rəhimov, Fərid Məmmədov, Elşən Bədirxanov, Kamran Məcidov, Zamiq Məmmədov, Ahmet Kudret İşler isə Müşahidə Şurasının üzvləri təsdiq edilib.

 

Müşahidə Şurasının yeni tərkibdə ilk iclasında Azərbaycan Respublikası Prezidentinin 4 may 2018-ci il tarixli Qərarı ilə “Kredit Büroları haqqında” Qanunana edilmiş dəyişikliklər müzakirə edilib və normativ aktdan irəli gələn tələblərin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi qərara alınıb.

 

Kredit tarixçələrini təşkil edən məlumatların daha da zənginləşdirilməsi üçün kommunal xidmətləri göstərən müəssisələrin informasiya sistemlərinin Büro ilə daha sıx inteqrasiyası üçün qarşıda yeni vəzifələr müəyyən edilib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Yekunda Büronun fəaliyyətinin daha da genişləndiririlməsi məqsədi ilə yeni məlumat təchizatçılarının və istifadəçilərinin cəlb olunması, eyni zamanda vətəndaşlar tərəfindən Büronun xidmətlərinə əlçatanlığı daha da asanlaşdırmaq üçün qərarlar qəbul edilib.

 

 “Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılmışdır.

 

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

15.05.2018 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ