Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıdan Alanyaya uçuşların dayandırılması barədə söz-söhbətə münasibət bildirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdan Alanyaya uçuşların dayandırılması barədə söz-söhbətə münasibət bildirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

 Azərbaycan Turizm Assosiasiyası (AZTA) Bakıdan Türkiyənin kurort zonası - Alanya şəhərinə uçuşların dayandırılması barədə söz-söhbətə münasibət bildirib. 

 

"Marja"nın məlumatına görə, qurum bəyan edib ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli strukturu "Buta Airways” uçus istiqamətlərini tələbə uyğun olaraq seçib və prioritet istiqamətlərdən biri də Alanyada yerləşən Qazipaşa hava limanıdır. Aviaşirkət ötən ilin sentyabr ayından uçuşların başlaması üçün hava limanı ilə danışıqlar aparmağa başlayıb. Buna səbəb aeroportda xidmət haqqının xeyli aşağı olmasıdır. Lakin texniki problemlərə görə uçuşların müvəqqəti olaraq Antalya hava limanına həyata keçirilməsi qərara alınıb. 

 

"Ötən ilin mart ayında “Buta Airways”in bu il iyunun 7-dən Alanyaya uçuşlar həyata keçirəcəyi haqqında məlumat yayılıb. Amma bu istiqamətdə uçuşlar əvvəlcədən planlaşdırılmadığı üçün heç bir reys ləğv olunmayıb. Antalyaya reyslər AZAL və "Türk Hava Yolları" tərəfindən həftədə 2 dəfə həyata keçiriləcək. Yüksək tələb nəzərə alınaraq Antalyaya gündəlik çarter reysləri də təşkil olunacaq.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Antalya və Alanyadan başqa birbaşa uçuşlar həmçinin Türkiyənin Bodrum, İzmir, Dalaman kimi kurort şəhərlərinə də təşkil olunacaq. Beləliklə, azərbaycanlı turistlər üçün ənənəvi olan kurortlardan başqa yeni istiqamətə - Alanyaya da uçuşlar həyata keçiriləcək.

 

Qeyd edək ki, AZAL AzTA-nın İdarə Heyətinin üzvüdür.

15.05.2018 10:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ