Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Yerində 1 manata satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yerində 1 manata satılır

Son illər Göyçay rayonunda da kənd təsərrüfatının gəlirli sahələrindən olan sarımsaq əkininə maraq artıb.

 

Göyçay rayon Kənd Təsərrüfatı İdarəsindən  verilən məlumata görə, bu il rayonun 35 kəndində 60 hektar sahədə sarımsaq əkilib. Bu da əvvəlki ildəkindən 25 hektar çoxdur. Sarımsaq əkini əsasən rayonun İnçə, Alxasafa, Dövranlı, Hacalıkənd, Məlikənd, Şıxbəy, Şıxəmir, Potu, Qaraməryəm, Çərəkə kəndlərində əkilib. Bu kəndlərdə demək olar ki, bütün təsərrüfat sahibləri öz həyətyanı ərazisində və pay torpağında sarımsaq əkini aparıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Fermerlər və fərdi təsərrüfat sahibləri sarımsağı ötən ilin sentyabr-oktyabr aylarında əkiblər. Sarımsaq əkini və yığımı əl əməyi ilə aparılır. Bitkiləri ziyanvericilərdən qorumaq üçün vaxtında dərmanlama işləri görülür. Təxminən 40-45 dərəcə şaxtaya davamlı olan sarımsaq yüksək məhsuldarlığı ilə fərqlənir. Rayonda sarımsağın əsasən Şirvan sortu becərilir. Bir çox xəstəliklərin dərmanı olan sarımsağın becərilməsi prosesi bu ilin mayınadək davam edib. Kəndlilər məhsuldarlıqdan razıdırlar.

 

Bu günlərdə sarımsaq yığımına başlanılıb. Mütəxəssislərin sözlərinə görə, sarımsağı yaxşı becərəndə və vaxtında suvaranda hər hektardan 15-20 ton məhsul götürmək mümkündür. Sakinlər öz həyətlərində bir kiloqram sarımsağı müştərilərə 1 manata satırlar. İş adamları kəndlilərdən aldıqları sarımsağı həyətlərdə qablaşdıraraq Rusiya, Ukrayna və Gürcüstan bazarlarına aparırlar.

 

© Azərtac

15.05.2018 16:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ