Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bank 80%-dək endirimə getdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank 80%-dək endirimə getdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinə daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atıb. Bank müştərilərə təklif olunan ödəniş kartları üzrə xidmət haqqı tariflərinə yenidən baxıb və xidmət haqlarında 80%-ə qədər endirimlər edilib. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Məsələn, indi Visa Classic və MasterCard Standart kartlarını Azərbaycan Beynəlxalq Bankından cəmi 10 manata, Visavə MasterCardın Gold kartlarını 30 manata, Platinum kartlarınıisə 50 manata əldə etmək olar.

 

Ölkəmizdə yeganə olaraq məhz Azərbaycan Beynəlxalq Bankının müştərilərə təqdim etdiyi "American Express"  ödəniş kartları üzrə xidmət haqlarında da böyük endirimlər var. Belə ki, "American Express"in  Green kartlarını indi cəmi 60 manata, Gold kartlarını isə 150 manata almaq mümkündür.

763 ATM-i, 11 mindən çox POS terminalı fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ən yüksək təhlükəsizlik standartları ilə təmin edilib. Bu kartları Bankın bütün filial və şöbələrində sifariş vermək olar. Yeni fəaliyyət mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı effektivliyin artırılması, bankın məhsul və xidmətlərinin rəqabət qabiliyyətinin gücləndirilərək satışının stimullaşdırılması, ən əsası isə müştəri məmnuniyyətinin yüksəldilməsi üçün lazımi tədbirləri davam etdirir.

 

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

 

XXX

08:15

 

Azərbaycan Beynəlxalq Bankı kart qiymətlərini 80%-dək endirib.

 

“Geniş kart çeşidimiz daha da əlçatan oldu” bəyan edən bank,  İnternet kartlarını-4 AZN-dən, VISA Electron/Debit MasterCard-ı-10 AZN-dən, VISA Classic/MasterCard Standard-ı-10 AZN-dən, VISA Gold/MasterCard Gold-30 AZN-dən, VISA Platinum/MasterCard Platinum-u-50 AZN-dən, Premial kartları - 60 AZN-dən başlayan qiymətlər ilə təklif edir.

 

Qiymətlər bir illik kartların xidmət haqqısıdır.

 

 qərar 01.02.2017 tarixindən qüvvədədir.

 

Beynəlxalq Bankın istənilən filialına şəxsiyyət vəsiqəsi  ilə yaxınlaşaraq kart sifariş etmək mümkündür.

 

Daha: ətraflı: https://www.ibar.az/wp-content/uploads/2015/06/%C3%96d%C9%99ni%C5%9F-kartlar%C4%B1-02022017.pdf

 

https://www.facebook.com/internationalbankofazerbaijan

03.02.2017 05:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ