Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Qala Sığorta”nın satış komandası kəskin artıma imza atıblar

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta”nın satış komandası kəskin artıma imza atıblar

 “Qala Sığorta” 2018-ci ilin yanvar-aprel ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən bu ilin ilk 4 ayında “Qala Sığorta” şirkətinin satış komandası tərəfindən 4 766 547 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1 835 337 manat və ya 63% çox olub.

 

Hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Belə ki, 2018-cilin ötən dörd ayı ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 347 157 manat sığorta ödənişi verilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 17 795 manat olub. İllik müqayisədə sığorta ödənişlərinin həcmi 329 362 manat və ya təxminən 20 dəfə artım olub.

 

Qeyd edək ki, verilən sığorta ödənişləri müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirilib. Ümumiyyətlə, göstərilən xidmətlərdə şirkətin biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarı hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında yer alır.    

 

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

 

Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

16.05.2018 07:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ