Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

10 bankın əmanətçilərinə 718 milyon manata yaxın kompensasiya ödənilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 bankın əmanətçilərinə 718 milyon manata yaxın kompensasiya ödənilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 12 dekabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 382 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 764 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 126 miyon 074 min  manatdan  artıq  kompensasiya  ödənilmişdir.

 

Reklam_3_11

12 dekabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 259 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 943 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 202 min manatdan artıq kompensasiya ödənilmişdir.

 

12 dekabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 050 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 173  min manatdan artıq kompensasiya ödənilmişdir.

 

12 dekabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə  430  milyon  277  min  manatdan artıq  kompensasiya  ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilmişdir.

 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 717 milyon 726 min manatdan artıq kompensasiya   ödənilmişdir.

 

13.12.2016 13:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ