Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Vergilər Nazirliyinin Tədris Mərkəzi və Beynəlxalq Təlim və Layihə Mərkəzi memorandum imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyinin Tədris Mərkəzi və Beynəlxalq Təlim və Layihə Mərkəzi memorandum imzaladı

Vergilər Nazirliyinin Tədris Mərkəzi  ilə  Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında memorandum imzalandı.

 

Memorandum Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin direktoru Fərhad Əmirbəyov və Beynəlxalq Təlimvə Layihə Mərkəzinin icraçı direktoru Tariyel Dövlətov tərəfindən imzalandı.

 

Əməkdaşlığın əsas məqsədi, qarşılıqlı əlaqələri möhkəmləndirərək, birgə fəaliyyət göstərmək, eyni zamanda mərkəzlərin bilik və təcrübələrini birləşdirərək Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsinə nail olmaqdır.

 

Qeyd olunanlarla yanaşı, memorandumda sahibkarlıq fəaliyyəti sahəsində qarşılıqlı informasiya mübadiləsinin aparılması, beynəlxalq imtahan mərkəzi statuslarının lokallaşdırılması, təhsil sahəsində elan edilmiş trendlərdə iştirak və layihələrin icrası, birgə tədbirlərin keçirilməsi və  treyninqlərin aparılması, layihələrin təşkili, seminar, konfrans, Mini-MBA proqramlarının təşkili və sərgilərdə birgə iştirak edilməsi, sahibkarlıq subyektləri ilə birgə informasiya mübadiləsinin aparılması, təşəbbüskar layihələrin işlənməsinə və sağlam sahibkarlıq mühitinin formalaşmasına  yardım edilməsi istiqamətli  məsələlər öz əksini tapmışdır.

16.05.2018 10:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ