Türkiyə Mərkəzi Bankı bəyanat yaydı - YENİ HƏMLƏLƏR OLACAQ

Türkiyə Mərkəzi Bankı (TCMB) dolların 4.50 lirəni aşmasının ardından bəyanat verib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

"Marja" xəbər verir ki, bəyanatda "Bazarlarda müşahidə edilən qeyri-sağlam məzənnə qiyməti prosesləri (Lirənin dəyərdən düşməsinə işarə edilir) yaxından təqib edilir. Proseslərin inflyasiya üzərindəki təsirləri də nəzərə alınaraq lazımi addımlar atılacaqdır" deyilir.
 

Açıqlamadan sonrası dollar 4.4170 lirəyə geriləyib (Saat 14:24-ə olan məlumat).

 

Mərkəzi Bankın sədri Murat Çətinkaya bu gün Prezident Rəcəb Tayyib Əroğan ilə görüşəcək.

 

Qeyd edək ki, ötən həftə Türkiyə Mərkəzi Bankı öz alətlərindən istifadə edərək Dollar 2 dəfə müdaxilə etsə də, bu müdaxilələr təsirsiz olmuşdu.

16 May 2018 , 14:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin