Belarus Azərbaycan bazarında payını artırır

Azərbaycanın 2018-ci ilin yanvar-aprel aylarındakı 3 milyard 26 milyon dollarlıq cəmi idxalının təxminən 30%-i və ya 994 milyon dolları Rusiya və Türkiyədən həyata keçirilib. Ötən ilin ilk 4 ayında bu iki ölkədən idxal 765 milyon dollar təşki etmişdi.

 

Marja” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, müqayisə olunan dövrdə Rusiyadan idxal 406 milyon 360 min dollardan 526 milyon 533 min dollara, Türkiyədən idxal isə 358 milyon 876 min dollardan 468 milyon 167 min dolara yüksəlib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Çindən də idxal artıb. Ötən ilin yanvar-aprel dövründə Çindən idxal 211 milyon 765 min dollar ikən bu ilin eyni dövründə306 milyon 913 min dollar təşkil edib.

 

Belarusun Azərbaycana ixracının artması diqqəti cəlb edir. 2017-ci ilin ilk 4 ayında Azərbaycana cüzi ixracı olan Belarus, 2018-ci ilin 4 ayında Azərbaycana 94 milyon 348 min dollarlıq məhsul ixrac edib.

16 May 2018 , 14:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin