Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan iqtisadiyyatında artım zəifləyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatında artım zəifləyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 22 milyard 969 milyon manata çatıb.

 

Reklam_3_11

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Qeyd edək ki, I rübün yekunda ölkədə iqtisadi artım 2,3% təşkil etmişdi. Başqa sözlə, artım tempi zəifləyib. 

 

Əlavə dəyərin 48,4 faizi sənayedə, 9,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 14,0 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil etmişdir.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 2346,0 manata bərabər olmuşdur.

 

1 GÜNƏ KREDİT ALIN!

 

4 ay ərzində tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 9,5%, informasiya və rabitə sahələrində 7,8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,5%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, sənayedə 1,1%, digər xidmət sahələrində 0,8% artıb, tikintidə isə 10,4% azalıb.

 

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1% artıb, neft sektorunda isə 0,1% azalıb.

16.05.2018 13:04

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ