2 ildə Azərbaycanın aviasiya bazarına 21 aviaşirkət daxil olub

Son iki il ərzində Azərbaycanın aviasiya bazarına daha 21 aviaşirkət daxil olub.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, bunlar “Ata Airlines”, “Montenegro Airlines”, “Etihad Airlines”, “Air Arabia”, “Nord Wind Airline”, “Ikar Airlines”, “Ir Aero”, “Al Naser Wings Airlines”, “Pobeda Airlines”, “Salam Air”, “KomAviatrans Aero”, “Jazeera Airlines”, “Wataniya Airlines” (Kuwait National Airways), “Mahan Air”, “Taban Air”, “Israir”, “Arkia Airlines”, “Flynas”, “Gulf Air”, “Nordavia Regional Airlines”, “Pegasus Airlines” aviaşirkətləridir.

 

2016-cı ildən başlayaraq, qüvvədə olan “Yay-2018” mövsümü də daxil olmaqla, Əl-Küveyt, Əbu-Dabi, Şarca, Tivat, Məsqət, Ər-Riyad, Dammam, Ufa, Krasnoyarsk, Samara, Trabzon, Jukovski, Manama, Sofiya, Alaniya və Kiyevin ikinici hava limanı olan Julyanı istiqamətləri üzrə 16 yeni reys açılıb.

 

Bu günədək hava əlaqəsi haqqında 39 saziş imzalanıb, 34 saziş ekspertlər səviyyəsində razılaşdırılıb. 2016-cı ildən başlayaraq 4 dövlətlə (Əfqanıstan, Cibuti, Küveyt, ABŞ) sazişlər imzalanıb, 7 dövlətlə (Аvstraliya, İsrail, Keniya, Yeni Zelandiya, Мonqolustan, Тailand, Seyşel Adaları) saziş mətnləri razılaşdırılıb.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Trend

16 May 2018 , 16:08   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin