Naxçıvana böyük məbləğdə pul ayırdı

Bu gün Prezident imzaladığı 4 sərəncam ilə Naxçıvan üçün cəmi 55 milyon manat ayırıb.


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Naxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.


1 GÜNƏ KREDİT ALIN!

 

"Marja" xəbər verir ki, Sərəncama əsasən, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə büdcədən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 30 milyon manat ayrılıb.

 

Prezidentin digər bir sərəncamı ilə, Gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.

 

36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!

 

Həmçinin, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.

 

Diər bir sərəncamla, “Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə  2018-ci il dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb.

16 May 2018 , 17:35   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin