Əmanətlərin sığortalanması sistemində islahatlar müzakirə edilib

Əmanətlərin Sığortalanması Fondunda Dünya Bankının Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının həyata keçirilməsi çərçivəsində Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

 

Fondun yaydığı məlumata görə, icraçı direktorun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojina ilə görüş zamanı əmanətlərin sığortalanması sistemində son dövrdə aparılan islahatlar, ləğvetmə prosesinin daha effektiv, şəffaf və sürətli keçirilməsi istiqamətində atılan addımlar, o cümlədən qorunan əmanətlər üzrə ödənişlərin ilk dəfə olaraq nağdsız qaydada ödənilməsi, ƏSF-nin "Elektron hökumət" portalında göstərilən elektron xidməti, mərkəzləşdirilmiş sisteminin qurulması üzrə aparılan işlər, bankların ləğvetmə prosesi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Fondun təşkilati strukturunun optimallaşdırılmasını qeyd edib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Eyni zamanda, görüşdə layihə üzrə görüləcək işlər barədə müzakirələr aparılaraq, tədbirlər planının çərçivəsi müəyyənləşdirilib.     

16 May 2018 , 17:49   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin