Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro düşən inflyasiya ilə ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro düşən inflyasiya ilə ucuzlaşdı

Avro Bölgəsində aprel ayında illik inflyasiya faizi 1,2%-ə geriləyib.


 

 
Avropa Statistika Ofisinin (Eurostat) yaydığı yekun məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində mart ayında 1,3 faiz olan illik inflyasiya apreldə 1,2%-ə düşüb.
  
 
Avropa Birliyində (AB) isə martda 1,5 faiz olan illik inflyasiya, apreldə 1,4%-ə geriləyib.
 
 
Beləliklə inflyasiya, Avro Zonasında pul siyasətini aparmaqdan məsul olan Avropa Mərkəzi Bankının (ECB) hədəf seçdiyi səviyyədən uzaqlaşıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN


 
Avropa Mərkəzi Bankı, regionda qiymət sabitliyini təmin etmək üçün 2% inflyasiya hədəfləyir və bu istiqamətdə akiv alışı proqramı və aşağı faiz siyasətini də əhatə edən bir sıra tədbirlər həyata keçirir.


 
Ötən ilin sonlarına yaxın inflyasiyanın 2%-ə yaxınlaşması, ECB-inin həyata keçirdiyi tədbirləri yavaş-yavaş dayandıracağı barədə fikirlərə təkan vermişdi. Bununla əlaqədar olaraq Avro/dollar məzənnəsi 1.25 səviyyəsini keçmişdi.

 

Bu gün açıqlanan inflyasiya göstəricisindən sonra Avro/dollar məzənnəsi 1.17 səviyyəsindən də aşağı düşərək 1.1767-ni görüb.

 

Digər bir xəbərə görə, İtaliyada koalisiya qurması gözlənilən partiyalar Avropa Mərkəzi Bankından (AMB) borc silmə tələb edəcək. Bu xəbər də Avronun ucuzlaşmasına təsir edib.

16.05.2018 16:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ