İtaliyadan Avro üçün pis xəbər - BAZAR ÇALXALANDI

İtaliyada koalisiya qurması gözlənilən partiyaların Avropa Mərkəzi Bankından (AMB) borc silmə tələb edəcəyi bildirilir.
 

"Marja" xəbər verir ki, "Financial Times"ın xəbərinə görə, İtalyanın iki əsas populist partiyası koalisiya razılaşmasına yaxınlaşıb. Həmçinin bu iki partiya ölkə borclarının silinməsi və ölkənin Avrodan çıxması üçün bir mexanizm qurulmasını təklif edir və bu istiqamətdə danışıqlar aparır.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Xəbərdən sonra İtaliyanın istiqraz faizləri 12  bənd artaraq 2.057% səviyyəsinə qalxıb və Mart ayından bu yana ilk dəfə 2 faiz səviyyəsini aşıb. Avro dollar qarşısında 0.6 faiz düşərək 1.1765 səviyyəsinədək enib.
 

İtaliya banklarının səhmləri də düşüb və bunun nəticəsində Milan Birjası aşağı istiqamətdə hərəkət edib. Bank səhmlərini əhatə edən indeks 1.5 faiz geriləyib. FTSE MIB İndeksi isə 2.5 faiz düşüb.

16 May 2018 , 18:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin