Rusiya iqtisadiyyatı proqnozdan aşağı artıb

Rusiya Federal Statistika Xidmətinin (Rosstat) məlumatına görə, ölkə iqtisadiyyatı bu ilin ilk rübündə illik müqayisədə 1,3% artım qeyd edib.
 

Rusiya Mərkəzi Bankı, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyaların ardından ilk rüb iqtisadi artım proqnozunu 1,5-1,8% səviyyəsindən, 1,3-1,5% səviyyəsinə endirmişdi.
 

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də "Rosstat" tərəfindən dərc olunan məlumatların ardından verdiyi açıqlamada, Rusiya iqtisadiyyatı üçün 2018-ci il üzrə artım proqnozlarını, gözlənildiyindən aşağı qalan iqtisadi göstəricilər səbəbindən aşağı salmağı planlaşdırdıqlarını söyləyib.
 
 

Rusiya iqtisadiyyatı 2 illik durğunluqdan sonra 2017-ci ildə 1,5 faiz artmışdı.

16 May 2018 , 21:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin