“Rabitəbank”da növbədənkənar yığıncaq keçiriləcək

“Rabitəbank” ASC müşahidə şurasının 11 may 2018-ci il tarixli 51 nömrəli qərarına əsasən, 2018-ci il iyunun 27-si saat 17.00-da bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

"Marja" Bankın elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə Bankın 2017-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi, Bankın audit komitəsinin hesabatının təsdiqi və cari məsələlər ( müşahidə şurası əsasnaməsinin təsdiqi, digər məsələlər) daxildir.

 

Yığıncaq Bankın Bakı şəhəri, 28 May küçəsi 33 ünvanında yerləşən baş ofisində keçiriləcəkdir.

 

Qeyd edək ki, "Rabitəbank"ın adının dəyişdiriləcəyi və səhmdar paylarındakı dəyişikliklər ilə əlaqədar olaraq Müşahidə Şurasında da dəyişikliklərin oacağı gözlənilir.  

17 May 2018 , 07:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin