Ən yuxarı (mobil)-2_30

ABŞ-da futbol komandası rekord qiymətə satılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da futbol komandası rekord qiymətə satılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikan Futbolu Liqası (NFL) komandalarından "Carolina Panthers"ın təxminən 2,3 milyard dollara satılıb. Bu liqa tarixində satış rekordudur.
 

"Maja" xəbər verir ki, "Carolina Panthers"ın rəsmi internet saytında yer alan açıqlamada, komandanın banisi və sahibi Jerry Richardson-ın "Carolina Panthers"ı ABŞ-lı milyarder iş adamı David Tepper-a satmaq məqsədilə yekun müqavilənin imzalandığı qeyd olunub.
 

NFL-in razılığından sonra sazişin iyul ayında başa çatmasının gözləndiyini qeyd edildiyi açıqlamada, satışın detalları ilə bağlı digər məlumatlara isə yer verilməyib.
 

ABŞ mətbuatında isə "Carolina Panthers"ın 2 milyard 275 milyon dollara satılaraq NFL-də satış rekordu qırdığı məlumatı yer alıb.
 

NFL-də ən son "Buffalo Bills" komandası 2014-cü ildə 1,4 milyard dollara əl dəyişdirmişdi.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Digər tərəfdən, keçən il Amerika Basketbol Liqası (NBA) komandalarından "Houston Rockets" 2,2 milyard dollara, "Brooklyn Nets"ın 49% hissəsi isə 2,3 milyard dollara satılmışdı.
 

Forbes-in Dünyanın Milyarderləri siyahısında 130-uncu sırada yer alan iş adamı Tepperın sərvəti 11 milyard dollar səviyyəsindədir.
 

Həmçinin, David Tepper-ın NFL komandalarından "Pittsburgh Steelers"da da səhmləri var.

17.05.2018 05:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ