Özəl sektorun ixracı 3 dəfədən çox artıb

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın özəl sektorunun ixracının məbləği 1 milyard 501 milyon dollar təşkil edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

 

Marja” Dövlət Gömrük Komitəsinin statistikalarına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın özəl sektorunun ixracının məbləği 484 milyon 425 min dollar təşkil etmişdi.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Komitənin hesabatında özəl sektorun ixracının hansı hissəsinin qeyri-neft sektorunun payına düşdüyü məlumatına yer verilməyib.

 

Fiziki şəxslərin ixracı isə geriləyərək 54 milyon 730 min dollardan 13 milyon 948 min dollara düşüb.

 

İxrac əməliyyatları üzrə

Sektorlar

2017-ci ilin ilk 4 ayı, Məbləğ (min ABŞ dolları)

2018-ci ilin ilk 4 ayı, Məbləğ (min ABŞ dolları)

Dövlət sektoru

2 891 546.49

4 136 666.37

Özəl sektor

484 425.58

1 501 292.90

Fiziki şəxslər

54 730.14

13 948.60

 

İdxal əməliyyatları üzrə

 Sektorlar

2017-ci ilin ilk 4 ayı, Məbləğ (min ABŞ dolları)

2018-ci ilin ilk 4 ayı, Məbləğ (min ABŞ dolları)

Dövlət sektoru

271 516.73

507 776.86

Özəl sektor

1 767 946.50

2 334 512.84

Fiziki şəxslər

125 534.49

183 761.53

 

17 May 2018 , 07:54   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin