“AtaNet” mobil bankçılıq xidməti təqdim edildi

 “AtaBank” ASC “AtaNet” adlı mobil bankçılıq xidmətini təqdim edib.

 

Marja” xəbər verir ki, bu gün Bankın “Dostluq” filialında mətbuat konfransı keçirilib.

 

Mətbuat konfransında “AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Babaşlı “AtaNet” mobil əlavəsini təqdim edib. O qeyd edib ki, AtaNet” internet bankinqi xeyli müddətdir mövcuddur. Bu gündən isə "AtaNet" mobil bankinq əlavəsi istifadəyə verilir.

 

“Artıq müştərilər bankımızın filiallarına gəlmədən bir çox bank xidmətlərini həyata keçirə biləcəklər”.

 

Etibar Babaşlı vurğuladı ki,  mobil bankinq əlavəsinə üz və barmaq izi vasitəsilə daxil olmaq mümkündür.

 

Etibar Babaşlı, “AtaBank”ın mobil bankçılıq əlavəsinin digər banklar ilə müqayisədə gec istifadəyə verilməsinin səbəbini də açıqladı:

 

“Mobil bankçılıq əlavəsini gec istiadəyə verməyimizin səbəbi digər bankların var olan mobil əlavələrini keyfiyyət və təhlükəsizlik baxımdan analiz etmək idi. Digər bankların əlavələrindəki bütün çatışmazlıqları öyrəndik və həmin çatışmazlıqların olmadığı mobil əlavəmizi  təqdim edirik. “AtaNet” mobil əlavəsi bu gün mövcud olan ən yüksək təhlükəsizlik tələblərinə cavab verir”.

 

Bankın sədr müavini digər bankların mobil əlavələrində olmayan funksiyalardan bir neçəsini də qeyd etdi.

 

“SMS xəbərdarlıq xidmətinin aktiv və deaktiv edilməsi, kartın bloklaşdırılması və aktivləşdirilməsi, 1 ildən artıq müddət üzrə əməliyyat tarixinin təqdim edilməsi (bu məqsədlə ayıca server alınıb), POS-terminal müştərilərinin dövriyyələr üzrə dərhal və dolğun məlumat almaları kimi funksiyalar digər bankların mobil əlavələrində olmayan özəlliklərdir”.

 

Mobil bankinq əlavəsi Bankın daxili resursları hesabına hazırlanıb.

 

“AtaBank”, yeni “AtaNet” mobil bankçılıq xidmətilə bu il müştərilərinin sayını 20-25% artırmağı hədəfləyir.

 

“Hazırda “AtaBank”ın aktiv plastik kartlarının sayı 24 min, fiziki şəxs müştərilərinin sayı 78 min, hüquqi şəxs müştərilərinin sayı isə 8 min şəxs təşkil edir”, - E.Babaşlı bildirdi.

 

Mətbuat konfransında "AtaBank"ın bu ilin sonunadək bir neçə yeniliklər təqdim ediləcəyi qeyd edildi.

 

Kapitalına görə Azərbaycanın ən böyük banklarından biri olan “AtaBank” mobil bankçılıq xidməti olmadığına görə rəqiblərindən geri qalırdı. Artıq “AtaBank” da xidmətlərini elektron müstəviyə daşımağa başladı.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

17 May 2018 , 10:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin