Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

AFBİA və İnvestAZ tələbələr üçün seminar keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
AFBİA və İnvestAZ tələbələr üçün seminar keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

16 May 2018-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası İctimai Birliyi, İnvestAZ İnvestisiya Şirkəti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının  birgə təşkilatçılığı ilə Maliyyə və İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr üçün seminar keçirilmişdir.

 

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasından "Marja"ya daxil olmuş məlumata görə, seminarda  Assosiasiyanın İdarə Heyətinin Sədri Ceyhun İbrahimov çıxış edərək ölkəmizin maliyyə bazarları, mövcud investisiya imkanları və iqtisadiyyatda önəmləri barədə seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Daha sonra İnvestAZ İnvestisiya şirkətinin əməkdaşı Rövşən Məmmədov seminar iştirakçılarına Beynəlxalq Maliyyə bazarlarındakı yatırım imkanlarından, analiz üsullarından məlumat vermiş, gələcəyin maliyyəçilərinə dünya maliyyə bazarlarına onlayn çıxış imkanlarını izah etmişdir.

 

Həmçinin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbərliyi tələbələrin maarifləndirilməsi istiqamətində göstərdikləri dəstəyə görə Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası İctimai Birliyi və İnvestAZ İnvestisiya Şirkətinə təşəkkür etmişdir. Bu cür seminarların gələcəyin iqtisadiyyatçıları üçün önəmini bir daha vurğulamışdır. Seminarın sonunda aktiv iştirak edən tələbələrə sertifikatlar verilmişdir.

17.05.2018 11:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ