Neftin qiyməti Səudiyyənin istədiyi səviyyəyə çatdı

Bu gün Bakı vaxtı ilə saat 13:48-də Brent neftinin barelinin qiyməti 80 dolları görüb.

 

"Marja" xəbər verir ki, bu gün Brent nefti 0,8% bahalaşıb.

 

Neft, London birjasında 2014-cü ildən bu yana ilk dəfə bareli 80 dollara yüksəlib. 

 

ABŞ-da anbararda neft ehtiyatları azalıb. Eyni zamanda, ABŞ tərəfindən OPEC-in üzvü olan İrana yenidən sanksiyalar tətbiq ediləcəyi və bu ölkənin ixracının azalacağı gözlənilir. Həmçinin Yaxın Şərqdə gərginlik artır. Digər tərəfdən OPEC və tərəfdaşları hasilatlarını azaltmaqla qlobal neft təklifi artıqlığını demək olar ki, aradan qaldırıblar. Bütün bunlar neft qiymətlərinin yüksəlməsinə səbəb olur. 

 

Qlobal investisiya bankı "Goldman Sachs", ABŞ-da artan nefti hasilatının sanksiyalardan sonra İranın azalacaq neft hasilatının yerinə keçə bilməyəcəyini açıqlayıb.

 

Bir müddət əvvəl Səudiyyə Ərəbistanı, neft şirkəti "Saudi Aramco'"nun ilk İPO-su (səhmlərinin birjada ilk satışı) ərzində şirkəti dəstəkləmək üçün neftin qiymətini 80 dollara qaldırmaq istədiyinə işarə etmişdi.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, "Time" jurnalına verdiyi müsahibədə, "Suudi Aramco"nun ilk İPO-sunun neft qiymətlərindəki yüksəlişlə eyni vaxta təsadüf edəcəyini demişdi. Belə bir vəziyyət səhmlərin daha baha satılmasına səbəb ola bilər.
 

Məhəmməd bin Salman, "Neft qiymətlərinin bu il artacağına, 2019-da daha da yüksələcəyinə inanırıq ki, bu səbəbdən, doğru vaxtı seçməyə çalışırıq" demişdi.

17 May 2018 , 14:04   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin