Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yeni tətbiq ediləcək icbari sığorta üçün modelin hazırlanması qərara alındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni tətbiq ediləcək icbari sığorta üçün modelin hazırlanması qərara alındı

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun görüşü keçirilib.

 

Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, Birliyin sədr müavini və digər nümayəndələri, “A-Qroup Sığorta” Şirkətinin İdarə Heyətinin sədr müavini, “Atəşgah Sığorta” Şirkəti, “AXA MBASK Sığorta” Şirkəti, “PAŞA Sığorta” Şirkətinin nümayəndələri və sahə üzrə mütəxəssislər, həmçinin, “Caspian Legal Center” hüquq şirkətinin nümayəndələri iştirak edib.

 

Görüş zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ölkələrin təcrübəsi Birlik tərəfindən təqdimat edilib. Təqdimat zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ABŞ, Avropa ölkələri, İsveç, Türkiyə, Sinqapur və Hindistan və s. ölkələrin təcrübəsinə əsaslanan məlumatlar verilib və daha sonra təqdimat geniş şəkildə müzakirə edilib.

 

Görüş iştirakçıları beynəlxalq təcrübə əsasında uyğun modelin müəyyən edilməsi və onun yerli şəraitə uyğunlaşdırılaraq Azərbaycanda həkimlərin peşə məsuliyyəti sığortasının icbari tətbiqinin zəruriliyini qeyd ediblər.

 

Görüşün yekununda bu sahədə işlərin davam etdirilməsi, beynəlxalq təcrübə əsasında uyğun modelin hazırlanması, həmçinin, bu istiqamətdə müvafiq addımların atılması qərara alınıb.

 

Xatırladaq ki, Birlik tərəfindən həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun daha əvvəl iki görüşü keçirilib və bununla əlaqədar müzakirələr aparılmışdır.

17.05.2018 12:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ