Vektor-da yenilik - pul köçürməsini birbaşa kartla almaq mümkündür

Pul köçürməsini qəbul etmək üçün banka gəlmək vacib deyil.


 

eManat terminallarının geniş şəbəkəsi vasitəsilə “Vektor” pulköçürmə sistemi Bakı və bölgələr günün istənilən vaxtı pul vəsaitlərini təcili köçürmək imkanı verir. 


Köçürməni yerinə yetirmək üçün, pulu göndәrәn şәxs e-Manat terminalına yaxınlaşaraq vәsaiti daxil edir vә sistem tәrәfindәn verilәn kodu pulu alan şәxsә bildirir. Vəsaiti alan şәxs isə öz növbәsindә Bank Respublika-nın istәnilәn filialına yaxınlaşaraq şәxsiyyәt vәsiqәsini vә köçürmә kodunu tәqdim etdikdən sonra vәsaiti ala bilər. 

 

Bundan əlavə, ölkədaxili pul köçürmələri üzrə aktiv müştərilər vəsaiti birbaşa Vektor kartı ilə ala bilərlər. Həmin məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq. 


“Mobil Şöbə” üzərindən həmçinin, pul vəsaitlərini cari hesabdan və ya bank kartından yaxınlara və qohumlara nağd şəkildə göndərmək mümkündür. Pulu köçürmək üçün “Vektor” bölməsinə daxil olub pulu alan şəxsin adı, soyadı, atasının adını və müvafiq məbləği qeyd etmək kifayət edir. Göndərilən məbləği bankın istənilən filialından almaq olar.


Pulu alan şəxsin “Vektor” kartı varsa vəsaiti birbaşa həmin karta da dərhal köçürmək olar. Bu kart pulsuz verilir və tam funksiyalı bank kartı kimi istifadə oluna bilər. Kart üzərindən vəsaitin nağdlaşdırılması zamanı heç bir faiz tutulmur, bu da kart sahibini pulköçürmə əməliyyatı üzrə ikiqat komissiyadan azad edir.

 

17 May 2018 , 15:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin