Binəqədinin icra başçısının vəzifəsindən azad edildiyi bildirilir

16:22

 

Azərbaycan Respublikasının Prezidenti İham Əliyev "X.Ş.İsgəndərovun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.

 

"Marja" xəbər verir ki, Sərəncam ilə Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

XXX

 

16:06 -Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun vəzifəsindən azad edildiyi bildirilir.

 

Məlumata görə, X.İsgəndərov hazırda kollektivlə vidalaşır, qurumda təhvil-təslim aparılır. 

 

Başçının səlahiyyətləri birinci müavini İlqar Süleymanova həvalə olunub.

 

Qeyd edək ki, yaxın saatlarda bu barədə prezident sərəncamının yayımlanacağı gözlənilir.

 

Qeyd edək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyirdi. O, sabiq vergilər naziri Fazil Məmmədovun qohumudur.

17 May 2018 , 16:06   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin