Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Boya şirkətinə ekologiya şoku - BÖYÜK CƏRİMƏ İLƏ ÜZ-ÜZƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Boya şirkətinə ekologiya şoku - BÖYÜK CƏRİMƏ İLƏ ÜZ-ÜZƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

 

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Reyd zamanı Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında fəaliyyət göstərən "Tan İnşaat Taahhüt Sənaye və Ticarət Anonim" Şirkətinin boya sexində istifadə olunan kimyəvi maddələrin iy-qoxusunun ətrafa yayıldığı müşahidə olunub. Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ərazinin atmosfer havasından nümunələr götürülərək fiziki-kimyəvi analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Faktla bağlı protokol tərtib olunub və şirkət barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 10000 manatdan 12500 manat məbləğinədək cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib.

 

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün şirkətə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

17.05.2018 14:41

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ