Ən yuxarı (mobil)-2_30

Tramp: ABŞ, Çin tərəfindən illərdir aldadılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: ABŞ, Çin tərəfindən illərdir aldadılır


ABŞ Prezidenti Donald Tramp Çin və Avropa Birliyini (AB) "ərköyün" kimi səciyyələndirib.
 

"Marja" xəbər verir ki, Tramp, NATO-nun Baş katibi Jens Stoltenberq ilə Ağ Evdəki görüşünün ardından, mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
 

Dünən Vaşinqtonda ABŞ Xəzinə Nazirliyində Amerika və Çin rəsmiləri arasında başlayan ikinci tur ticarət danışıqları haqqında danışan Tramp, danışıqların uğurla nəticələnməsindən "şübhəli" olduğunu bildirərək, "Müzakirələr uğurlu olacaqmı? Şübhə ilə baxıram. Çünki Çin çox şıltaq bir hala gəlib. Avropa İttifaqı çox şıltaq bir hala gəlib. Digər ölkələr də çox ərköyün hala gəlib, çünki ABŞ-dan nə istəsələr hər zaman 100 faiz əldə ediblər. Bunun daha çox reallaşmasına yol verə bilmərik",-deyib.
 

1 GÜNƏ KREDİT ALIN!

 

Avropa Birliyi, Yaponiya, Cənubi Koreya və digər ölkələrin illərdir ABŞ-dan "dolu torbalar" ilə pul çıxardığını iddia edən Tramp, "ABŞ üçün ticarət hər zaman tək istiqamətli bir yol olub" şərhini edib.
 

ABŞ-ın Çin tərəfindən illərdir ki "aldadıldığını" bildirən Tramp, "Bunun üçün Çini günahlandırmıram. Bizim ölkəmiz keçmişdəki liderlərini günahlandırıram",- deyib.
 

1 GÜNƏ KREDİT ALIN!

Tramp, mart ayının əvvəlində, idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı.Çin buna cavab olaraq, ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15 faiz ilə 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.
 

Donald Tramp hökuməti, aprel ayının əvvəlində, Çindən idxal edilən və ümumi dəyəri 50 milyard dolları olan təxminən 1300 məhsula 25 faiz əlavə gömrük tarifi tətbiq edəcəyini bildirmişdi. Çin isə cavab tədbirləri kimi, ABŞ-dan idxal edilən 50 milyard dollar dəyərində 106 məhsula 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.
 

ABŞ-ın Çin ilə olan ticarət kəsiri 2016-da 347 milyard dollar olmuşdur.

18.05.2018 05:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ