Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Kottecin kirayə haqqı 90-100 manatdan 70-60 manata endirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kottecin kirayə haqqı 90-100 manatdan 70-60 manata endirilib

Qəbələ Turizm və İnformasiya Mərkəzindən  bildiriblər ki, yay turizm mövsümünün başlanması ilə əlaqədar Qəbələ rayonundakı istirahət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərə görə qiymətlər xeyli ucuzlaşıb.

 

Rayonun istirahət mərkəzləri otel xidmətlərinə 15-20 faizədək, restoran xidmətlərinə isə 10 faizədək endirim ediblər. Meşələrdə və çayların sahilində yerləşən istirahət güşələrində üç otaqlı kottecin bir günlük kirayə haqqı 90-100 manatdan 70-60 manata endirilib. Rayon mərkəzindəki otellərdə isə iki nəfərlik otaqları indi bir gün üçün 70-100 manata, kiçik otellərdə isə bir otağı 40 manata sifariş etmək olar.


ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Rayonun 24 müasir otel və istirahət mərkəzindən Qəbələ Turizm və İnformasiya Mərkəzinə verilən məlumata görə bu ilin yanvarın 1-dən mayın 15-dək rayona 90 min turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Qəbələyə gələn turistlərin təxminən 50 min nəfərdən çoxu əcnəbilərdi. Həmçinin ötən il Qəbələyə 242 min 125 nəfər turist gəlib. Bunun da 101 min 650 nəfəri yerli, 140 min 160 nəfəri əcnəbi turistlərdi. Qəbələyə gələn turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdən olub.

 

2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 min, 2016-cı ildə isə 99 min nəfər olub.

18.05.2018 06:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ