Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Çin-dən ABŞ-a 200 milyard dollarlıq təklif

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin-dən ABŞ-a 200 milyard dollarlıq təklif
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp-ın komandasından bir rəsminin dediyinə görə, Çin, ABŞ ilə olan xarici ticarət artığını (profisitini), ABŞ məhsullarının idxalını artıraraq 200 milyard dollar azaltmağı təklif edib. Çinin ABŞ-a ixracı idxalını üstələyir.


 
"Marja" xəbər verir ki, ad vermək istəməyən səlahiyyətli, təklifin, Çin Baş nazirinin köməkçisi Liu He-nin ticarət münaqişəsini həll etmək məqsədilə ABŞ-a etdiyi səfər əsnasında reallaşan görüşlərdə təqdim olunduğunu bildirib, ancaq ABŞ-ın təklifi necə cavab verdiyinə dair məlumat verməyib.


 
Analitiklər bildirir ki, təklif qəbul edilərsə, bazar həssaslığı üçün yaxşı xəbər olar. Çinin xarici ödəmələr balansında potensial pisləşməni nəzərə aldıqda isə, Yuanın bu xəbər ilə zəifləyə bilər.


 
Asiya bazarları, Cümə günü erkən saatlarda xəbərə çox reaksiya göstərməyib. Yaponiya və Koreya səhmləri yüksəlib, Çin və Honq Konq səhmləri dalğalanb, Avstraliya səhmləri düşüb.

 

Qeyd edək ki, Çin ABŞ-a daha çox məhsul satır. ABŞ isə Çinə ən azı eyni miqdarda məhsullar sata bilmədiyindən şikayətlənir. ABŞ-ın Çin ilə olan ticarət kəsiri 2016-da 347 milyard dollar olmuşdur.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Tramp, mart ayının əvvəlində, idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı.Çin buna cavab olaraq, ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15 faiz ilə 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.
 

Donald Tramp hökuməti, aprel ayının əvvəlində, Çindən idxal edilən və ümumi dəyəri 50 milyard dolları olan təxminən 1300 məhsula 25 faiz əlavə gömrük tarifi tətbiq edəcəyini bildirmişdi. Çin isə cavab tədbirləri kimi, ABŞ-dan idxal edilən 50 milyard dollar dəyərində 106 məhsula 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.

18.05.2018 08:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ