Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Amerikalıların yarısı yemək və mənzil ehtiyacını ödəyə bilmir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amerikalıların yarısı yemək və mənzil ehtiyacını ödəyə bilmir

ABŞ-ın ən böyük qazanc məqsədi güdməyən təşkilatlarından biri olan "United Way"in hazırladığı tədqiqat hesabatı dərc olunub.
 

"Marja" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hesabatda, ölkədə olan 119 milyon ailənin (ev təsərrüfatlarının) 50,8 milyonunun (42,6%-i) yemək, mənzil-kommunal, səhiyyə, uşaq baxımı, nəqliyyat və cib telefonu kimi əsas həyat ehtiyaclarını ödəməyə aylıq büdcələrinin kifayət etmədiyi qeyd olunub.
 

ABŞ-da 16,1 milyon ailənin (13,5%-nin) federal yoxsulluq səviyyəsindən aşağı yaşadığı məlumatına yer verilən hesabatda, 34,7 milyon ailənin (29,1%-nin) isə federal yoxsulluq səviyyəsinin üzərində yaşadığı, ancaq müasir iqtisadi şəraitdə həyatda qalmaq üçün lazımlı aylıq büdcəyə malik olmadıqları qeyd edilib.
 

Ölkənin 18 ştatında aparılan araşdırmaya görə, bu ştatların hər birində ailələrin 30%-indən çoxunun əsas ehtiyaclarını aradan qaldırmaları üçün yetərli büdcəyə malik olmadıqları bildirilib.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Hesabatda, ABŞ-ın ən zəngin vilayətlərindən olan Kaliforniyada və turizm cənnəti olaraq qəbul edilən Hawaii-də ailələrin 49%-nin yoxsulluqla mübarizə apardığına diqqət çəkilib.
 

Həmçinin hesabatda, ABŞ-dakı işlərin üçdə ikisinin saatda 20 dollar və ya ildə 40 min dollardan daha az gəlir gətirdiyi məlumatına yer verilib.

18.05.2018 09:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ