Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

110 elektron lisenziya verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
110 elektron lisenziya verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 110 elektron lisenziya verilib.

 

Onlardan 81-i yeni verilmiş, 29-u isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır.

 

Lisenziyalar əsasən, özəl tibb, əczaçılıq, layihələndirmə və tikinti-quraşdırma işləri, baytarlıq preparatlarının satışı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, rabitə xidmətləri və s. sahələri əhatə edir.

 

Qeyd edək ki, dövlət başçısının “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 21 yanvar 2017-ci il tarixli Fərmanının icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Lisenziyalar və icazələr” portalı yaradılıb və bu ilin mart ayından fəaliyyətə başlayıb.

 

Lisenziyaların və icazələrin vahid platforma üzərindən elektron qaydada verilməsi sahibkarlığın inkişafının sürətləndirilməsində növbəti stimullaşdırıcı addımdır.

18.05.2018 10:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ