Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Büdcənin vəsaitini istədikləri kimi istifadə edirlər, sonra qaytarıb məsuliyyətdən azad olurlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Büdcənin vəsaitini istədikləri kimi istifadə edirlər, sonra qaytarıb məsuliyyətdən azad olurlar"

Azərbaycan Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır. Palatanın korrupsiyaya qarşı mübarizədə işi genişləndirilməlidir. Bu barədə deputat Əli Məsimli parlamentdə Hesablama Palatasının ötən ilki fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib. 

 

Deputat Qüdrət Həsənquliyev bildirib ki, hər il nəzarət nəticəsində müəyyən vəsait dövlət büdcəsinə qaytarılır:

 

"Ancaq durum ürəkaçan deyil. Büdcə vəsaitlərini xərcləyən şəxslər hesab edirlər ki, həmin vəsaiti istədikləri kimi istifadə edə bilərlər. Bu, digər nəzarətedici orqan tərəfindən aşkarlanarsa, onlar bu vəsaiti yerinə qaytaracaqlar və məsuliyyətdən azad olacaqlar. Düzgün istifadə olunmamış vəsait aşkarlanırsa, o şəxs intizam qaydasında məsuliyyətə cəlb olunmalıdır. Vəsaitin geri qaytarılması məsuliyyəti yalnız yüngülləşdirən amil kimi nəzərə alınmalıdır".

 

Deputat Vahid Əhmədov da çıxışında bildirib ki, Palata tərəfindən ötən il həyata keçirilən 70 nəzarət tədbirinin hər birində nöqsan aşkarlanıb: 

 

"Bunlar əsasən büdcə qanunvericiliyinə əməl olunmaması, satınalmalar sahəsində problem, gəlirlərin düzgün hesablanmaması və s sahələrdir. Dövlət satınalmaları ilə bağlı nöqsan hər il hesabatda öz əksini tapır. Nöqsanların 36% -i dövlət satınalmaları ilə bağlı, 35% isə mühasibat uçotunun düzgün aparılmaması ilə bağlı olub. Nöqsanların 15%-i isə dövlət zəmanəti ilə verilmiş kreditlərdə problemləri əhatə edib". 

 

1 GÜNƏ KREDİT ALIN!

 

© Report

18.05.2018 11:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ