Ən yuxarı statik reklam-3_3

“Bakcell”in ən populyar “Əla” tarifi LİMİTSİZ oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakcell”in ən populyar “Əla” tarifi LİMİTSİZ oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Limitsiz zənglər artıq təkcə saatlıq yox, gündəlik və aylıq əsasla təklif olunur.

Reklam_3_11

 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərin ən sevimli “ƏlaCIN” tarifini yeni çeşidlər vasitəsilə genişləndirdi. Beləliklə, yeni “ƏlaGün” və “ƏlaAy” tarif planları sayəsində müştərilər istənilən Bakcell abunəçisi ilə limitsiz zənglərdən yararlana biləcəklər.

 

Bakcell abunəçilərinin ən sevimli tariflərindən olan “ƏlaCIN” indi “ƏlaSaat” oldu. “ƏlaSaat” heç bir abunə haqqı olmadan və saatda sadəcə 0.07 AZN ödəməklə, şəbəkə daxilində fasiləsiz olaraq danışmaq imkanı verir.

 

İndi isə, 1 saatlıq zənglərlə məhdudlaşmağa ehtiyac yoxdur, çünki abunəçilər bütün gün və hətta bütün ay ərzində limitsiz zənglərdən yararlanamaq üçün gözəl fürsət əldə ediblər.

 

Belə ki, yeni “ƏlaGün” tarifi sayəsində müştərilər gündə sadəcə 0.70 AZN ödəməklə şəbəkə daxilidə bütün gün ərzində limitsiz danışacaqlar. Bundan əlavə onlara 50 ölkədaxili SMS bonus olaraq təqdim ediləcək.

 

Yeni “ƏlaAy” tarifi isə daha çox danışmaq arzusunda olan abunəçilərin ürəyincə olacaq. Çünki bu tarifin istifadəçiləri ayda 17 AZN ödəyib bütün ay ərzində limitsiz şəbəkədaxili zənglərdən faydalanacaqlar. Bu da son deyil, “ƏlaAy” istifadəçilərinə hər ay bonus olaraq 500 ölkədaxili SMS və 500 Mb İnternet veriləcək.

 

“ƏlaSaat” tarifinə qoşulmaq üçün *307#YES kodunu, “ƏlaGün” tarifinə qoşulmaq üçün *370#YES kodunu, “ƏlaAy” tarifinə qoşulmaq üçün isə *317#YES kodunu yığmaq kifayətdir. Qeyd edək ki “ƏlaGün” və “ƏlaAy” tariflərində ədalətli istifadə siyasəti tətbiq olunur.

 

Yeni limitsiz CIN tariflərini təqdim etməklə Bakcell öz müştərilərinə dəqiqələri saymadan və dəqiqələrə xərclənən pulu fikirləşmədən öz yaxınları ilə istədikləri qədər sərbəst və limitsiz danışmaq imkanını təklif edir.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.

Bakcell şirkətinin yeni “ƏlaSaat”, “ƏlaGün” və “ƏlaAy” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.

18.05.2018 12:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ