Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çin, ABŞ-a 200 milyard dollarlıq təklif təqdim etdiyi iddialarını təkzib etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin, ABŞ-a 200 milyard dollarlıq təklif təqdim etdiyi iddialarını təkzib etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin Xarici İşlər Nazirliyi, Pekin rəhbərliyinin ABŞ-ın Çin ilə ticarət kəsirinin 200 milyard dollar azaldılması üçün bir paket təklif etdiyi iddialarını təkzib edib.

 
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kang, paytaxt Pekində təşkil etdiyi gündəlik mətbuat konfransında, sözügedən iddialara  "Deyilənlər doğru deyil" - fadələrini istifadə edib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp-ın komandasından bir rəsminin dediyinə görə, Çin, ABŞ ilə olan xarici ticarət artığını (profisitini), ABŞ məhsullarının idxalını artıraraq 200 milyard dollar azaltmağı təklif edib. Çinin ABŞ-a ixracı idxalını üstələyir.


Ad vermək istəməyən səlahiyyətli, təklifin, Çin Baş nazirinin köməkçisi Liu He-nin ticarət münaqişəsini həll etmək məqsədilə ABŞ-a etdiyi səfər əsnasında reallaşan görüşlərdə təqdim olunduğunu bildirmiş, ancaq ABŞ-ın təklifi necə cavab verdiyinə dair məlumat verməmişdi.


Qeyd edək ki, Çin ABŞ-a daha çox məhsul satır. ABŞ isə Çinə ən azı eyni miqdarda məhsullar sata bilmədiyindən şikayətlənir. ABŞ-ın Çin ilə olan ticarət kəsiri 2016-da 347 milyard dollar olmuşdur
 

Tramp, mart ayının əvvəlində, idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı.Çin buna cavab olaraq, ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15 faiz ilə 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.
 

Donald Tramp hökuməti, aprel ayının əvvəlində, Çindən idxal edilən və ümumi dəyəri 50 milyard dolları olan təxminən 1300 məhsula 25 faiz əlavə gömrük tarifi tətbiq edəcəyini bildirmişdi. Çin isə cavab tədbirləri kimi, ABŞ-dan idxal edilən 50 milyard dollar dəyərində 106 məhsula 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.

18.05.2018 12:35

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ