Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Sahibkarların müraciətlərinə operativ baxılması üçün qaynar xətt yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarların müraciətlərinə operativ baxılması üçün qaynar xətt yaradılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

İş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədi ilə Dövlət Miqrasiya Xidmətində iş icazələrinə baxılma üzrə birbaşa Xidmət rəhbərinə müraciət imkanı təmin edən qaynar xətt yaradılıb.

Reklam_3_11

 

Bunu bu gün Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov ölkədə fəaliyyət göstərən yerli və xarici iş adamları ilə görüş zamanı bildirib.

 

O bildirib ki, xidmətin rəsmi saytında xüsusi pəncərədə qaynar xətt nömrəsi və elektron ünvan yerləşdirilib: “İşəgötürən Dövlət Miqrasiya Xidməti  ilə bağlı hər hansı problemlə qarşılaşsa və yaxud iş icazələrinin verilməsi ilə əlaqədar sualı yaranarsa dərhal həmin qaynar xətt vasitəsi ilə birbaşa Xidmətin rəhbərinə müraciət edə bilər”.

 

1 GÜNƏ KREDİT ALIN!

 

O qeyd edib ki, respublikaya investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı məsələlər qanunvericilik baxımından kifayət qədər sadələşdirilib: “Dövlət Miqrasiya Xidməti bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində işəgötürənlərin iş icazəsi ilə, əmək miqrasiyası kvotası ilə bağlı müraciətlərinə tam şəffaf şəkildə baxılmasını təmin edəcək. Bununla bağlı məlumatların rahat, əlçatan formada saytda yerləşdirilməsi təmin ediləcək. Həmçinin ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsil edildiyi iş icazələri ilə bağlı Şuranın yaradılması üzrə danışıqlara başlanılıb və qısa müddətdən sonra Şuranın fəaliyyəti barədə məlumat ictimaiyyətə təqdim ediləcək”.

 

V. Hüseynov deyib ki, həmçinin iş icazələrinin verilməsi ilə bağlı xidmət tərəfindən tətbiq edilən yeniliklər, tövsiyələr və qanunvericilikdə olan dəyişikliklər barədə sahibkarları məlumatlandırmaq üçün mütəmadi e-bülletenlər hazırlanaraq elektron qaydada sahibkarlara göndəriləcək: “Xidmətin saytında belə  elektron bülletenlərin və məlumatların əldə edilməsi üçün e-poçtların təqdim edilməsi imkanları da təmin olunub”.

18.05.2018 13:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ