Mobil manşet üstü reklam-3_21

Ulduz Şokolad Fabriki beynəlxalq sərgidə ölkəmizi təmsil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ulduz Şokolad Fabriki beynəlxalq sərgidə ölkəmizi təmsil edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ulduz Şokolad Fabriki Çin Xalq Respublikasının Şanxay şəhərində 16-18 may 2018-ci il tarixində keçirilən “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edib.

 

"Veysəloğlu" Şirkətlər Qrupundan "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycanı təmsil edən stend ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. Fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, raqabət qabiliyyətli keyfiyyətli yeni çeşid məhsullar ilə təmsil edib.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Dünyanın ən böyük ərzaq sərgilərindən hesab olunan “Sial China” Beynəlxalq Ərzaq Sərgisində iştirakçıların əksəriyyəti Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq məhsullarımız ilə yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə ediblər.

 

Qeyd edək ki, 2001-ci ildən fəaliyyətə başlamış Ulduz Şokolad Fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə “Made in Azerbaijan” brendi ilə məhsul ixrac edir.

18.05.2018 15:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ