Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sığorta bazarının göstəriciləri açıqlandı - SON RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarının göstəriciləri açıqlandı - SON RƏQƏMLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sığorta haqları 55%, ödənişlər isə 4% artıb.


 

2018-ci ilin yanvar-aprel ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 301.4 mln. manat məbləğində sığorta haqları toplanıb və 78.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.   Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

 

2017-ci ilinilk 4 ayı ərzində hesablanmış sığorta haqları 194 milyon 172 min manat təşkil etmiş, 75 milyon 319 min manat manat sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-aprel ayları ərzində yığımlar 55%, ödənişlər isə 4% artıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Könüllü sığorta bazarı üzrə haqlar 220.9 mln. manat, ödənişlər isə 56.9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 80.5 mln. manat, ödənişlər isə 21.6 mln. manat olub.

 

2018-ci ilin yanvar-aprel ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.3%-i  könüllü, 26.7%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 72.5%-i könüllü, 26.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

 

2018-ci ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

18.05.2018 16:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ