Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avtomobil sığortasında ödənişlər azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil sığortasında ödənişlər azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azəbaycanda avtomobil sığortası üzrə toplanmış sığorta haqları artıb, sığorta ödənişləri isə azalıb.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ötən ilin ilk 4 ayında (yanvar-aprel 2017) avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə toplanmış sığorta haqları 7 milyon 687 min manat ikən, 2018-ci ilin ilk ilk 4 ayı ərzində 8 milyon 752 min manat təşkil edib. Başqa sözlə, KASKO üzrə yığımlar təxminən 1 milyon 65 min manat artıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

KASKO ödənişləri isə ötən ilin yanvar-aprel dövründə 3 milyon 713 min manat ikən, bu ilin eyni dövründə 2 milyon 830 min manat təşkil edib.

 

Azərbaycanda avtomobil sahibləri avtomobillərini könüllü sığortalamağa böyük maraq göstərmirlər. Adətən KASKO yeni avtomobil alınan zaman satılır.

 

KASKO – avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin, eyni zamanda hər hansı bir cisimlə toqquşmasından, təbiət hadisələrindən, yanğından, üçüncü şəxslərin qeyri-qanuni hərəkətlərindən və ya qaçırılmasından irəli gələn ziyanın sığortası deməkdir.

 

Azərbaycanda 1,3 milyon ədəddən artıq avtomobil var. Əgər hər bir şəxs avtomobilinə sığorta alarsa KASKO üzrə yığımlar illik 300 milyon manatı keçərdi. 

19.05.2018 04:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ