Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sığorta bazarı necə kəskin artıb? - SƏBƏBLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta bazarı necə kəskin artıb? - SƏBƏBLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin Apel ayında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin topladığı sığota haqları 27 milyon 316 min manat artıb.

 

"Marja" Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin 1-ci rübündə (Martın sonunadək) Dövlət Sığorta Kommersiya Şirkəti 4 milyon 608 min manat sığorta haqları toplamışdı. Aprelin sonunda isə toplanmış sığorta haqları 31 milyon 925 min manata çatıb.

 

Hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılır. İlk rübdə hərbiçilər, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin icbari sığortası üzrə böyük sığorta haqları hesablanmamışdı. Apreldə isə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait Dövlət Sığorta Kommersiya Şirkətinə köçürülüb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Aprel ayında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə toplanmış sığorta haqları 1 milyon manatdan 16 milyon 922 min manata,  məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası isə 1 milyon 183 min manatdan 11 milyon 259 min manata artdığından Dövlət Sığorta Kommersiya Şirkətinin də topladığı sığorta haqları da artıb.

 

Sığorta haqları

Yanvar-mart 2018, manatla

Sığorta haqları

Yanvar –aprel 2018, manatla

Ödənilər, Yanvar-Aprel 2018, manatla

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası

   1 milyon 1 min

16, milyon  922 min            

2 milyon 345 min

Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası

  1 milyon 183 min

11 milyon 259 min

661 min

Azərbaycanın sığorta bazarı 2018-ci ilin ilk 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 55% və ya 107,3 milyon manat artaraq 301.4 milyon manata çatıb. Kəskin artımın səbəblərindən biri Apreldə hərbiçilər, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin icbari sığortası üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin Dövlət Sığorta Kommersiya Şirkətinə köçürülməsidir.

 

Artımın ikinci böyük səbəbi isə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqlarının kəskin artmasıdır. Əgər 2017-ci ilin ilk 4 ayında həyatın yaşam sığortası üzrə 46 milyon 938 min manat sığorta haqları toplanmışdırsa, 2018-ci ilin ilk 4 ayında bu məbləğ 96 milyon 708 min manata təşkil edib. (49 milyon 770 min manat artıb).

 

Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.

19.05.2018 06:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ