Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Yollar ilə bağlı əsas səlahiyyətlər Avtomobil Yolları Dövlət Agentliyinə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yollar ilə bağlı əsas səlahiyyətlər Avtomobil Yolları Dövlət Agentliyinə verildi

Ləğv edilmiş Nəqliyyat Nazirliyinin avtomobil yolları ilə bağlı əsas səlahiyyətləri Avtomobil Yolları Dövlət Agentliyinə verilib.

 

Nazirlər Kabineti bununla bağlı "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nda dəyişiklik edib.

 

Beləliklə, ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısı onların adı və indeksləri göstərilməklə (beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası barədə beynəlxalq sazişlər nəzərə alınmaqla) Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatına əsasən Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.  Respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdiriləcək.  Avtomobil yollarının texniki pasportunun forması Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq və təsdiq ediləcək. Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının qeydiyyatını aparacaq, bu barədə reyestrdə müvafiq qeydlər edəcək.   Avtomobil yollarının ümumi siyahısı və rəsmi xəritəsi Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq. Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının daşınmaz əmlakın kadastrı xəritəsində yerləşdirilməsi üçün zəruri olan məlumatları yarım ildə bir dəfə razılaşdırılmış formada və qaydada Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edəcək. Avtomobil yollarının texniki pasportu təsdiq olunmuş formaya uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kadastr məlumatlarına əsasən yol təsərrüfatı subyektləri tərəfindən iki nüsxədə hazırlanır və nüsxələrin biri yolun qeydiyyata alınması üçün Avtomobil Yolları Dövlət Agentliyinə təqdim ediləcək.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Nazirlər Kabinetinin “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”na etdiyi dəyişikliyə əsasən mövcud olan yollarla kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə mövcud yolları mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan yollara aid olduqda Avtomobil Yolları Dövlət Agentliyi  ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl yollara aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalıdır.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixli sərəncamına əsasən Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə  birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

 

© APA

19.05.2018 06:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ