Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Zaqatalada soya əkənlər 2 dəfə artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zaqatalada soya əkənlər 2 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il Zaqatala rayonunun fermer təsərrüfatlarında soya bitkisinin əkininə maraq daha da artıb. Belə ki, ötən təsərrüfat ilində rayonda soya əkini ilə 6 fermer məşğul olurdusa, bu il onların sayı 13 nəfərə çatıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

2017-ci ildə zaqatalalı fermerlər ilk dəfə əkdikləri 99 hektar soya sahəsindən 105 ton məhsul tədarük ediblər. Cari ildə isə soya istehsalının 150 tona çatacağı proqnozlaşdırılır. İndiyədək təsərrüfatlarda 85 hektar sahədə soya əkilib və bu iş davam etdirilir.

 

Keçən il olduğu kimi, bu il də rayonda soya əkini sahələrinin böyük hissəsi Muxax kənd sakini Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax” İstehsal Kooperativinin payına düşür. Təsərrüfat rəhbəri AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il 50 hektar sahədə soya əkib. Bundan əlavə, taxıl biçinindən sonra təkrar əkin zamanı sınaq məqsədi ilə daha 20-25 hektar sahədə soya əkməyi planlaşdırır. Ötən il təsərrüfata məxsus soya sahələrindən 80 tondan çox məhsul tədarük olunub. Hava şəraiti imkan verərsə, cari mövsümdə soya istehsalının 100 tondan çox olacağı gözlənilir.

 

Təsərrüfat rəhbəri qeyd edib ki, soya yüksək rentabelli, qiymətli bitkidir və böyük iqtisadi əhəmiyyəti var. Xüsusilə heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında soya bitkisi mühüm rol oynayır.

 

AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!

 

© Azərtac

19.05.2018 12:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ