Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ləğv prosesində olan bankların kredit müştəriləri üçün yeni imkan

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ləğv prosesində olan bankların kredit müştəriləri üçün yeni imkan
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların kredit yığımının mərkəzləşdirilmiş qaydada təşkili, kredit yığımlarının operativliyini, şəffaflığını, müştərilərin rahatlığını təmin edilməsi məqsədi ilə Fondun daxili informasiya sisteminin ölkədə geniş xidmət şəbəkəsi olan Hökumət Ödəniş Portalına inteqrasiyasını təmin etmişdir.

 

Reklam_3_11

Ləğv prosesində olan bankların müştəriləri kreditlərini ödəmək üçün https://gpp.az/az internet saytında “Əmanətlərin Sığortalanması Fondu” bölməsinə daxil olaraq online qaydada ödənişlərini apara bilərlər.    

 

Ləğv prosesində olan bankların kredit müştəriləri Hökumət Ödəniş Portalının internet resursundan istifadə etməklə, ölkə ərazisində fəaliyyət göstərən bankların 2000-ə yaxın xidmət şəbəkəsində, poçt rabitəsi milli operatorunun 1400-dən çox istənilən ödəniş məntəqəsindən, HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının 1000-dən artıq ödəniş terminalları şəbəkəsindən  nağd və ya nağdsız qaydada ödəniş kartları və bank hesabları vasitəsilə kredit borclarının ödənilməsi həyata keçirə bilərlər.

 

19.05.2018 13:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ