Ən yuxarı statik reklam_3

“Aqrolizinq”in yeni sədrindən "taxıl biçini" tapşırığı - MÜŞAVİRƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Aqrolizinq”in yeni sədrindən "taxıl biçini" tapşırığı - MÜŞAVİRƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

May ayının 19-u “Aqrolizinq” ASC-də taxıl biçininin vaxtında, itkisiz və mütəşəkkil təşkili ilə bağlı müşavirə keçirilib. 

 

Müşavirəni giriş sözü il açan “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayev biçin mövsümündə regional nümayəndəliklərin istifadəsində olan kombaynların hazırlığı barədə məlumat verib. 


 “Biçin mövsümündə kombaynların dislokasiyası müəyyən edilməli, çeviklik və operativliyi təmin etməliyik. Aqrolizinqin regional nümayəndəlikləri barədə fermerlər tərəfindən şikayətlər minimum olmalıdır. Vətəndaşların hüquqları pozulmamalı, bütün kombaynlar ehtiyat hissələri ilə təmin olunmalıdır. Hər bir kombaynın biçin potensialı təhlil edilməli və dəqiq olmalıdır. Fermerləri lazımi informasiya verərək maarifləndirmək gərəkdir. Bunlar bizim fəaliyyət prinsiplərimizdir. Bütün risklər aradan qaldırılmalıdır. Əsas məqsədimiz isə taxıl biçinini vaxtında və itkisiz həyata keçirməkdir”,- deyə “Aqrolizinq” ASC-nin sədri vurğulayıb. 


1 GÜNƏ KREDİT ALIN!

 

Müşavirədə qeyd edilib ki, taxıl biçini mövsümünü daha mütəşəkkil keçirmək məqsədilə daxili qərargah yaradılıb. Qərargah taxıl biçini mövsümü ərzində mütəmadi olaraq biçinin vəziyyəti barədə monitorinq aparacaq, kombaynların dəqiq dislokasiyasını təmin edəcək və nasazlıqların aradan qaldırılmasını operativ qaydada həll edəcək. Eyni zamanda, fermerlərin taxıl biçini ilə əlaqədar aidiyyəti qurumlara və ASC-nin çağrı mərkəzinə daxil olan müraciətlərinin operativ araşdırılması, həll edilməsi və müvafiq tədbirlər görülməsi üçün qərargahda cəmiyyətin mütəxəssislərindən ibarət növbəli iş qrafiki tərtib olunub.  


Müşavirədə bildirilib ki, bu il biçin mövsümündə müraciətlərin daha çox daxil olduğu iri taxılçılıq rayonlarında ilk dəfə olaraq operativ qrup yaradılıb. Qrupun yaradılmasında əsas məqsəd fermerlərin müraciətlərini vaxtında araşdırmaqla taxıl itkisinin qarşısını almaqdır.


Sonda müşavirədə “Aqrolizinq” ASC-nin hər bir regional nümayəndəliyinin biçinlə bağlı təklifləri dinlənilib, taxıl biçinin vaxtında və itkisiz həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

 

19.05.2018 16:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ