Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Uber-in banisi, Trump-ın iqtisadiyyat şurasından çıxır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Uber-in banisi, Trump-ın iqtisadiyyat şurasından çıxır

Şəxsi avtomobil sahiblərinin mobil proqram vasitəsilə taksi xidməti göstərmələrinə imkan təmin edən Uber adlı şirkətin təsisçisi və rəhbəri (İcraçı Direktoru) Travis Kalanickin ABŞ Prezidenti Donald Trump-ın iqtisadiyyat şurasından çıxacağını bildirilib.


 
Kalanick, Uber əməkdaşlarına göndərdiyi bir məktubda, Trump ilə miqrasiya siyasətləri haqqında bu gün danışdığını qeyd edərək, ABŞ Prezidentinin "Strategiya və Siyasət Forumu" adlı iqtisadiyyat məşvərət şurasından çıxacağını bildirib.

Reklam_3_11


 
Trump-ın ötən cümə qaçqınlar barədə imzaladığı prezident fərmanının ABŞ daxilində insanları "incitdiyini" vurğulayan Kalanick, "ABŞ-ın köçkünləri yaxşı qarşılayan bir yer olmadığı qorxusu böyüyür" şərhinini edib.


 
Trump, keçən cümə, qaçqınların və əhalisinin əksəriyyəti Müsəlman olan 7 ölkənin vətəndaşlarının ABŞ-a gəlməsini məhdudlaşdıran bir prezident fərmanı imzalamışdı.


 
 Fərmanından sonra ABŞ daxilində etirazlar keçirilib, Uber də tənqidlərin hədəfi olmuşdu.


 
 Nyu-Yorkun John F. Kennedy Hava Limanında ötən şənbə günü keçirilən Trump əleyhinə etirazda, "Nyu-York Taksi İşçiləri Birliyi" (NYTWA) etirazı dəstəkləmək üçün taksi sürücülərinin 1 saat ərzində hava limanından sərnişin götürməyəcəklərini açıqlamışdı
 


Ancaq Uber, Twitter hesabından həmin gün verdiyi bəyantda, hava limanında qiymətlərin  dəyişdirilmədən xidmət etməyə davam edəcəyini açıqlamışdı. Açıqlamanın ardından Uberin minlərlə istifadəçisi cib telefonlarından proqramı sildiklərini sosial mediada bölüşmüşdülər.


 
Trumpın "Strategiya və Siyasət Forumu" adlı iqtisadiyyat məşvərət şurasında JPMorgan Chase, General Electric, Tesla, General Motors, Boeing, IBM və Walt Disney kimi Amerikalı nəhəng şirkətlərin rəhbər şəxsləri var.


 
 Şura üzvlərinin, Trump siyasətlərinin iqtisadiyyat və məşğulluq üzərində təsirləri haqqında ABŞ Prezidentinə fikir verəcəyi gözlənilir.

03.02.2017 09:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ