Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Maliyyə bazarlarında son vəziyyət - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə bazarlarında son vəziyyət - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aparıcı valyutaların və qızılın dollara nisbətən qiymətlərinin bahalaşdığı müşahidə edilir, neftdə isə yeni maksimumların şahidi ola bilərik.


 

EUR

Dünya valyuta birjalarında avronun ucuzlaşdığı müşahidə edilir. Artıq yeni həftənin ilk sessiyasında 1.18$-ın altında təklif edilən EUR/USD məzənnəsi, bu səviyyənin altında qaldıqca, 1.1709 və 1.1630$-a kimi də ucuzlaşa bilər. Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 12:00-da açıqlanacaq Avrozonanın sənaye sektoru ilə bağlı fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

 

GBP

GBP/USD məzənnəsinin də ucuzlaşdığı müşahidə edilir. Təhlillərə əsasən, 1.3425$-a kimi ucuzlaşan GBP/USD məzənnəsi 1.3500$-ın altında qaldıqca, eniş dalğasının 1.3370$ və 1.3270$-a kimi də sürətlənməsinə səbəb ola bilər. Çərşənbə günü saat 12:30-da yayımlanacaq İngiltərənin inflyasiyası ilə bağlı önəmli statistik məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

 

TRY

Türkiyə bazarlarında da dollar yenidən artım dalğasını bərpa edərək, 4.52TL-ə kimi bahalaşıb. Qiymət 4.50TL-nin üzərində qaldıqca, 4.56 və 4.61TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Türkiyədə siyasi və iqtisadi risklərin artması, lirənin qiymətinə mənfi təsir etməkdədir.

 

OIL

Enerji bazarlarında isə Brent neftinin qiyməti 2$-lıq korreksiyadan sonra yenidən bahalaşmağa başlayıb və qiymət 79$-ın üzərində qaldıqca, 80 və 81$-a kimi də dəyər qazana bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

GOLD 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1290$-ın (41.4 $/qram) altında təklif edilməkdədir. Keçən həftənin minimum səviyyəsi qırılarsa, onda qiymətin 1277$ (41.0 $/qram) və 1268$-a (40.7 $/qram) kimi dəyər itirə biləcəyi proqnozları güclü olaraq qalır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

21.05.2018 07:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ