Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“PAŞA Holdinq” sığorta bazarında liderliyini qoruyub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Holdinq” sığorta bazarında liderliyini qoruyub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“PAŞA Həyat Sığorta” şirkəti 2018-ci ilin yanvar-aprel aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.

 

Reklam_3_11

Hesabat dövründə “PAŞA Həyat Sığorta” 108 mln. 802,2 min manat və ya yanvar-aprel aylarında bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 36,1%-i həcmində sığorta haqqı toplayıb.

 

“PAŞA Həyat Sığorta” həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə lider olub. İkinci yerdə "Atəşgah Həyat" (17 mln. 396,8 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (5 mln. 283,3 min manat) qərarlaşıb.

 

Cari ilin yanvar-aprel aylarında qeyri-həyat sığortası seqmentində "PAŞA Sığorta" şirkəti sığorta haqlarının yığım həcminə (70 mln. 927,8 min manat) görə lider olub.

 

Hesabat dövründə bu seqmentdə toplanmış sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Azərsığorta" (31 mln. 925,3 min manat), “Meqa Sığorta” (12 mln. 461,3 min manat), "Atəşgah" (10 mln. 906,7 min manat) və “İpək Yolu Sığorta” (7 mln. 159 min manat) daxil olub.

 

Hesabat dövründə sığortaçıların bütün sığorta haqlarının 87,9%-i və ya 264 mln. 862,4 min manat bu 8 şirkətin payına düşüb.

 

Yanvar-aprel aylarında sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 18 mln. 343,1 min manat və ya sığortaçıların bütün ödənişlərinin 23,4%-ni təşkil edib.

 

“PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində də ödənişlər üzrə lider olub.

 

Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Atəşgah" (6 mln. 357,2 min manat), "Azərsığorta" (5 mln. 45,3 min manat), “AXA-Mbask” (3 mln. 195,5 min manat) və “AzSığorta” (3 mln. 22,9 min manat) daxil olub.

 

1 GÜNƏ KREDİT ALIN!

 

“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə (17 mln. 926,6 min manat) görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (7 mln. 834,5 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (6 mln. 410 min manat) qərarlaşıb.

 

Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 86,8%-i və ya 68 mln. 135,1 min manat bu 8 şirkətin payına düşüb.

 

2018-ci il aprel ayının sonuna bazarda fəaliyyət göstərən 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.

 

min manatla)

Sığortaçının adı

Sığorta Haqları

2017-ci ilin yanvar-aprel ayları

Sığorta Haqları

2018-ci ilin yanvar-aprel  ayları

+artım/-azalma

1

“Amrah Sığorta”

9 min 234

77 min 800

+

2

“A-Qroup Sığorta Şirkəti”

1 milyon 786 min

2 milyon 174 min

+

3

“AtaSığorta”

3 milyon 57 min

6 milyon 141min

+

4

“Atəşgah Həyat” Sığorta Şirkəti

10 milyon 892 min

17 milyon 397 min

+

5

“Atəşgah” Sığorta Şirkəti

10 milyon 853 min

10 milyon 907 min

+

6

“AXA MBASK” Sığorta Şirkəti

8 milyon 20 min

6 milyon 877 min

-

7

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

9 milyon 528 min

31 milyon 925 min

+

8

“Azərbaycan Sənaye Sığorta”

1 milyon 394 min

2 milyon 777 min

+

9

“AZSIĞORTA”

7 milyon 378 min

5 milyon 346 min

-

10

“Bakı Sığorta”

374 min

267 min

-

11

“Günay Sığorta”

3 milyon 568 min

2 milyon 590 min

-

12

“İpək Yolu Sığorta”

7 milyon 970 min

7 milyon 159 min

-

13

“Meqa Sığorta”

6 milyon 971 min

12 milyon 461 min

+

14

"Naxçıvansığorta"

-

85.2 min

 

15

“Paşa Həyat Sığorta”

52 milyon 408 min

108 milyon 802 min

+

16

“Paşa Sığorta”

53 milyon 372 min

70 milyon 923 min

+

17

“Qala Həyat” Sığorta Şirkəti

5 milyon 785 min

5 milyon 283 min

-

18

“Qala Sığorta”

2 milyon 931 min

4 milyon 766 min

+

19

“Rəvan Sığorta”

141 min 734

388.3 min

+

20

“Standard Insurance”

5 milyon 525 min

2 milyon 393 min

-

21

“Xalq Sığorta” Açıq

2 milyon 186 min

2 milyon 674 min

+

 

YEKUN

194 milyon 172 min

301 milyon 419 min

+

 

© İnterfax-Azərbaycan, Marja.az

21.05.2018 09:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ