Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanla Gürcüstan arasında ticarət 360 milyon dollara çatıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanla Gürcüstan arasında ticarət 360 milyon dollara çatıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 363 mln. 303,6 min dollar olub.

 

Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına görə, hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 9,6% təşkil edib.

 

Cari ilin ilk dörd ayında Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra 3-cü böyük ticarət tərəfdaşı olub.


Hesabat dövründə Azərbaycan Gürcüstandan 120 mln. 361.4 min dollarlıq məhsul idxal edib. Azərbaycandan qonşu ölkəyə isə 242 mln. 942,3 min dollar dəyərində məhsul ixrac olunub.

 

Yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 3 mlrd. 783,2 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 22,1% çoxdur.

 

Qonşu ölkənin ixracı 22% artaraq 961,4 mln. dollar, idxalı isə 22,2% artaraq  2 mlrd. 821,8 mln. dollar təşkil edib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

© APA

21.05.2018 10:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ