"Azərsun"un şəkər biznesi böyük tənəzzüldə!
Əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin dörd ayı ərzində Azərbaycanda qənd və şəkər tozu istehsalı 85,3% azalıb.
"Marja" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında bildirilir.
Yanvar-aprel aylarında 12,5 min ton şəkər və şəkər tozu istehsal edilib. İstehsal göstəricilərinin kəskin azalmasının səbəbini Statistika Komitəsi şərh etməyib.
"Azərsun Holdinq"ə məxsus olan İmişli Şəkər Zavodunun qiymət seqmentində idxalçılarla rəqabətdə bacarmadığı bildirilir.
İDXAL İSTEHSALDAN ÇOXDUR
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 8 milyon 641 min dollar dəyərində 19,1 min ton şəkər idxal edilib. Həmin müddətdə 7 milyon 287 min dollar dəyərində 12,1 min ton şəkər ixrac olunub.
Ötən il Azərbaycana 169 milyon 756 min dollar dəyərində 368,7min ton şəkər idxal edilmiş, Azərbaycandan isə 39 milyon 515 min dollar dəyərində 61,2 min şəkər ixrac edilmişdi.
YENİ ŞƏKƏR ZAVODU TİKİLƏCƏK
Digər bir məlumata görə, yaxın vaxtlarda Azərbaycanda yeni şəkər zavodunun tikintisinə başlanacaq. Yeni zavodun Yevlax rayonu ərazisində tikilməsi gözlənilir. Zavodun xammalla təmin edilməsi üçün Yevlax və Goranboy rayonları ərazisində bir neçə min hektarlıq şəkər çuğunduru əkini sahələrinin yaradılması da nəzərdə tutulur.Yeni şəkər zavodu layihəsini ofisi "Port Baku" biznes mərkəzində yerləşən "Azerbaijan Sugar Company" LLC və ya "Azərşəkər" şirkəti reallaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
10 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
10 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
10 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
10 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 11 saat əvvəl
-
11 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
11 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 11 saat əvvəl
- 12 saat əvvəl