Beynəlxalq Bank banklararası şahmat turnirinin qalibi oldu

14-18 may 2018-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçirilib.

 

2016-cı ildən bəri artıq 3-cü dəfədir ki, keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 28 kredit təşkilatından 80-ə yaxın nümayəndə iştirak edib.

 

Yarışın nəticələrinə əsasən şəxsi komanda hesabında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərdə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” ASC qərarlaşıb. Şəxsi hesabda isə 1-ci, 3-cü və 8-ci yerləri Azərbaycan Beynəlxalq Bankının nümayəndələri Rauf Hacılı, Rəsul Mənsimli, Rəşad Bədəlov, 2-ci yeri Ata Bank-ın nümayəndəsi Orxan Hüseyn qazanıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Şəxsi hesab üzrə 4-cü yeri Accessbank-dan Elbrus Süleymanlı, 5-ci yeri Rabitəbank-dan Elvin İsmayılov, 6-ci yeri Turan Bank-dan Ruslan Əliyarov, 7-ci yeri Unibank-dan Cavid Məmmədov tutub. Builki turnir həm də gənc şahmatçı Əli Qurbanovun müalicəsinə dəstək xarakteri daşıyıb.

 

Belə bir ənənəvi yarışın keçirilməsində məqsəd Azərbaycanda şahmatın kütləviliyini artırmaq, bank sektorunda çalışanların asudə vaxtının səmərəli təşkilidir.

21 May 2018 , 17:31   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin