Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-dan İrana 12 şərt - QƏBUL ETMƏSƏ....

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan İrana 12 şərt - QƏBUL ETMƏSƏ....

ABŞ dövlət katibi Maykl Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi deyib ki, Tehran uranın zənginləşdirilməsi üzrə işləri dayandırmalı və heç vaxt pluton emalı ilə məşğul olmamalıdır.

 

M. Pompeo İranın ballistik raketlərin yayılmasını və raket hazırlanmasını dayandırmalı olduğunu bildirib. Eyni zamanda, o qeyd edib ki, Tehran Yaxın Şərqdə fəaliyyət göstərən terrorçu qruplaşmaları maliyyələşdirməməlidir. ABŞ İranın Suriyadakı bütün qüvvələrini çıxarmasını da istəyir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

M. Pompeo deyib ki, İran bu şərtləri qəbul edib, siyasətini dəyişməsə, ona qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək.

 

Qeyd edək ki, bu il mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Bu razılaşma Tehranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılması qarşılığında BMT Təhlükəsizlik Şurası, o cümlədən ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların qaldırılmasını nəzərdə tutub.

21.05.2018 17:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ